Çavuşoğlu ilə BMT rəsmisi arasında telefon danışığı baş tutub

Çavuşoğlu ilə BMT rəsmisi arasında telefon danışığı baş tutub

Bakı. TurkicWorld:

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.

TurkicWorld-un məlumatına görə, danışıqlar zamanı Türkiyənin BMT-də irəli sürdüyü "Sıfır tullantı" təşəbbüsü müzakirə edilib.

Xatırladaq ki, BMT Baş Assambleyasının keçən ilin sentyabr ayında keçirilən 77-ci iclasında Əminə Ərdoğan ikitərəfli iqlim böhranı ilə mübarizə çərçivəsində “Qlobal sıfır tullantı xoşməramlı bəyanatı”nı imzalayıb.

Məlumat üçün bildirək ki, BMT Baş Assambleyası bu qərarla 30 martı Beynəlxalq "Sıfır Tullantı Günü" elan edib.