Kahramanmaraşlı tələbələr Qırğızıstana məxsus xüsusi çadırlarda təhsil alırlar

Kahramanmaraşlı tələbələr Qırğızıstana məxsus xüsusi çadırlarda təhsil alırlar

Bakı, TurkicWorld:

Kahramanmaraşlı tələbələr Qırğızıstana məxsus xüsusi çadırlarda təhsil alırlar.

TurkicWorld-un məlumatına görə, bu haqda TÜRKSOY-un baş katibi Sultan Rayev öz rəsmi facebook hesabında bildirib.

"Yataqxana düşərgəsinə yaxınlaşanda diqqətimi çəkən ilk iki bayraq Qırğızıstan və Türkiyə bayraqları oldu. Qırğızıstan bayrağı Türkiyə bayrağından xeyli böyük idi. Türk qardaşlarımıza niyə belə olduğunu sual verdik. Onlar ən çətin günlərində ilk dəstək verənlərdən biri olan qırğız xalqına hörmət və ehtiramlarını belə ifadə etdiklərini bildirdilər",- deyə Rayev bildirib.

Məlumat üçün bildirək ki, Türkiyədə zərərçəkənlərə yardım üçün 120 nəfər Qırğızıstan xilasediciləri göndərilib. Həmçinin, xilasedicilər uşaqlar da daxil olmaqla 8 nəfəri dağıntılar altından xilas edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələlər nəticəsində ölənlərin sayı 48 448-ə yüksəlib.