"Bayraktar" PUA-larının istehsalçısı Azərbaycanda fəaliyyətə başlayır

"Bayraktar" PUA-larının istehsalçısı Azərbaycanda fəaliyyətə başlayır

Bakı, Dekabr 26. /TurkicWorld/

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Bayraktar Teknoloji Azərbaycan" MMC-ni dövlət qeydiyyatına alıb.

TurkicWorld Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, nizamnamə kapitalı 1,7 milyon manat, qanuni təmsilçisi isə Türkiyənin “Baykar Makina” şirkətinin sahə koordinatoru Hüseyn Topuzdur.

Xatırladaq ki, “Baykar Makina” "Bayraktar" pilotsuz uçuş aparatlarının (PUA) istehsalçısıdır.