Son dəqiqə

Azərbaycan Hikmət Hacıyev

Azərbaycanın mülki əhalisi hər gün Ermənistanın yerləşdirdiyi minalarla üzləşir - Hikmət Hacıyev

Bakı. TurkicWorld:

Demək olar ki, hər gün Azərbaycanın mülki əhalisi Ermənistanın yerləşdirdiyi mina təhlükəsi ilə üzləşir.

TurkicWorld-un məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "X" səhifəsində yazıb.

"Demək olar ki, hər gün Azərbaycanın mülki əhalisi ölümcül “müharibə qalıqları” – Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bu gün daha bir partlayış baş verib, nəticədə ANAMA-nın əməkdaşı ağır xəsarət alıb", - deyə H.Hacıyev qeyd edib.

Qeyd edək ki, aprelin 27-də ANAMA-nın əməkdaşı, 1981-ci il təvəllüdlü Elçin Aydın oğlu Quliyev azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

Mövzuya görə xəbərlər