Türkiyənin müdafiə sənayesi sahəsində inkişafı illər ərzində qazanılıb – Türkiyəli ekspert

Türkiyənin müdafiə sənayesi sahəsində inkişafı illər ərzində  qazanılıb – Türkiyəli ekspert

Bakı, Dekabr 19. /TurkicWorld/ - Daspina Hasanova

Bu gün Türkiyənin müdafiə sənayesi sahəsində inkişafına şahidi olmağımızın əsas səbəbi, illər ərzində alınan dərslərin nəticəsidir.

Bunu TurkicWorld-a açıqlamasında, InsightTurkey jurnalının baş redaktorunun müavini, Türkiyənin SETA araşdırma mərkəzinin xaric siyasət bölümünün icmalçısı Gloria Shkurti Özdemir bildirib.

“Consonun 1964-cü ildə Türkiyənin Kipr türklərini müdafiə etmək üçün mümkün bir əməliyyatda Amerika silahlarından istifadə etməsinin qarşısını alan məktubu Türkiyənin müdafiə sənayesinin inkişafının əsas başlanğıc nöqtəsi hesab olunur.” – deyə Özdemir əlavə edib.

O qeyd edib ki, bu hadisə, Türkiyənin şüurunda dəyişiklik yaradaraq, Türkiyənin ABŞ-ın müdafiə sənayesindən asılılığının Türkiyə siyasətlərinə gətirdiyi məhdudiyyətlərdən xəbərdar olub.

“Türkiyənin müdafiə sənayesinin transformasiyası istiqamətində əməli addımlar əsasən son on ildə, xüsusən də ABŞ-ın Türkiyənin daxili təhlükəsizliyi üçün mümkün təhdidləri anlamaması və lazımi yardımı göstərməməsindən sonra atılmağa başlayıb. Buna misal olaraq, ABŞ-ın Türkiyəyə pilotlu və ya pilotsuz PUA-lar satmağı qəbul etməməsi, Türkiyənin PKK-ya qarşı əməliyyatlarına, dolayısıyla Türkiyənin milli təhlükəsizliyinə ciddi təsir edən bir addımdır. Nəhayət, bütün bunlar prezident Ərdoğanın rəhbərliyi altında Türkiyənin təkcə regional deyil, həm də qlobal məsələlərdə rolunu və mövqeyini yüksəltmək məqsədi daşıyan AK Partiya hökumətinin gəlişi ilə üst-üstə düşdü.” – deyə Özdemir vurğulayıb.

O bildirib ki, güclü müdafiə sənayesi olan ölkə birbaşa güclü dövlətə çevrilir. Yəni Ərdoğan, Türkiyəynin regionda və onun hüdudlarından kənarda rolunu və mövqeyini artırmaq üçün lazımi təkan verəcəkdir.

“Biz Türkiyənin Qarabağ müharibəsi, Liviya, hətta Ukrayna da daxil olmaqla bir sıra münaqişələrdə mühüm rol oynadığını görmüşük. Bu yolla Türkiyə beynəlxalq hüququn və regional sabitliyin/təhlükəsizliyin qorunub saxlanmasına kömək edərək eyni zamanda, milli maraqlarını da qoruyub. Daxili nöqteyi-nəzərdən baxıldığında, müdafiə sənayesindəki bu inkişaflar Türkiyənin PKK-ya qarşı əməliyyatlarına birbaşa təsir göstərir.” – deyə o əlavə edib.

Özdəmir qeyd edib ki, Türkiyənin digər ölkələrindən silah idxalını azaltması əlbəttə ölkənin iqtisadiyyatına müsbət təsir edəcəyi anlaşılandır. Lakin burada Türkiyə üçün vacib olan təkcə xarici ölkələrdən idxalın azalması deyil, həm də silah ixracının artmasıdır.

“Son 5 ildə (2021-ci ilin məlumatlarına görə) Türkiyənin silah idxalı 59% azalıb, silah ixracı isə 30% artıb. İlk növbədə idxalın azalması xarici aktorlardan (xüsusilə ABŞ-dan) daha az asılılığa səbəb olur ki, bu da Türkiyənin silah ixracında artım əldə etməsinə daha çox kömək edir.” – deyə o bildirib.

Türkiyənin ilk yerli və milli imkanlarla istehsal etdiyi elektrikli avtomobili TOGG haqqında da fikirlərini bildirən Gloria Shkurti qeyd edib ki, Türkiyə son illərdə texnoloji gücünü artırmağa diqqət yetirsə də, ekoloji təhlükəsizlik kimi dünyanı əhatə edən məsələləri də unutmayıb.

“Ekoloji təhlükəsizlik Türkiyə siyasətlərinin əsas sütununu təşkil edir. Bu səbədən də, TOGG bu faktorlara əsasən istehsal edilib. TOGG Türkiyə üçün mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən də TOGG təkcə Türkiyənin avtomobil sənayesində böyük bir oyunçuya çevrilməyib, həm də türk vətəndaşları üçün milli qürur mənbəyinə olub. TOGG-un dünyada böyük marağa səbəb olub-olmayacağı haqqında fikir bildirmək hələ tezdir. Ancaq qeyd etmək olar ki, Avropanın böyük avtomobil şirkətlərinin qlobal iqtisadi böhranlar səbəbindən maliyyə problemi ilə üzləşdiyi bir dövrdə TOGG-un bundan bazar fürsəti kimi istifadə etməsi müsbət təsir edə bilər. Ancaq unutmaq olmaz ki, bazar nə qədər böyükdürsə, çətinliklər də bir o qədər böyükdür, ona görə də bu nöqtədə Türkiyə hər addımı yaxşı təhlil etməlidir.” – deyə o vurğulayıb.

Son olaraq Türkiyənin müdafiə sənayesinə dünyada olan təlabatən artması haqqında fikirlərini əlavə edən ekspert bu cür hadisələrin Türkiyə müdafiə sənayesinin uğurunu bir daha sübut edən mühüm elementlər olduğunu bildirib.

Türkiyə ordusunun Dünya Çempionatındaki missiyası və yaxud G20 Sammitində dünya prezidentlərinin Türk müdafiə sənayesinə aid YÖRÜK 4x4 zirehli avtomobilləri ilə qorunması kimi hallar ölkənin müdafiə sənayesinə olan tələbata müsbət təsir göstərsə də, bu cür təsirlər Türkiyə istehsalı olan TB2 PUA-ların döyüş meydanında əldə etdiyi müvəffəqiyyət qədər uğurlu deyil. Lakin bütün bunları birlikdə təhlil etdikdə görə bilərik ki, Türkiyənin müdafiə sənayesi və təbii ki, ordusu son illərdə yeni səviyyələrə çatır və Türkiyəyə regional və qlobal işlərdə böyük rol oynama imkanı verir.

Daspina Hasanova

Twitter: @Daspina9