Son dəqiqə

Azərbaycan Türkiyə Cahit Bağcı Ümummilli Lider Heydər Əliyevin anım günü

Türkiyə-Azərbaycan dostluğunun təməlini ulu öndər Heydər Əliyev qoyub - Cahit Bağcı

Bakı. TurkicWorld:

Türkiyə-Azərbaycan dostluğu uzun illərə dayanır və bunun təməlini ulu öndər Heydər Əliyev qoyub.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.

O bildirib ki, ümummilli liderin iki ölkə arasında təməlini qoyduğu dostluq qardaşlıq bütün sahələrdə özünü göstərir:

"İki ölkə arasındakı siyasi platformadakı əməkdaşlıq, iqtisadi əlaqələr bu günə qədər davam edir. Təməli möhkəm qoyulan bu körpülərin bu gün də bəhrəsini görürük. Ulu öndər Heydər Əliyevin ruhu şad olsun, Allah rəhmət eləsin", - deyə səfir əlavə edib.

Mövzuya görə xəbərlər