Son dəqiqə

Türkiyə ABŞ İbrahim Kalın

Türkiyə və ABŞ ikitərəfli münasibətləri müzakirə ediblər

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan ilə telefon danışığı aparıb.

TurkicWorld-un məlumatına görə, telefon danışığı zamanı Türkiyə və ABŞ-ın iki NATO müttəfiqi kimi strateji prioritetlərə və ortaq maraqlara diqqət yetirməli olduğu qeyd edilib, müdafiə sənayesində davamlı əməkdaşlığın vacibliyi vurğulanıb.

Danışıqlar zamanı Türkiyənin F-16-nın alınması və modernləşdirilməsi ilə bağlı müraciətin ABŞ Konqresinin təsdiqləməsi prosesinin başa çatması ilə bağlı gözləntiləri də çatdırılıb.

Danışıq zamanı Türkiyənin Suriya və İraqda PKK/PYD/YPG terror təşkilatına qarşı keçirdiyi əməliyyata da toxunulub. Bildirilib ki, terror hücumlarına məruz qalan Türkiyənin BMT Konvensiyasının 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququ var. Türkiyənin hər cür terror təhlükə və təhdidlərini aradan qaldırmaq əzmində olduğu vurğulanıb.

Mövzuya görə xəbərlər