Bakı. TurkicWorld:
Türkiyənin Müdafiə Sənayesi şirkətlərindən biri olan Roketsan tərəfindən inkişaf etdirilən MIDLAS Milli Şaquli Atış Sisteminin ilk sınaq buraxılışı uğurla həyata keçirilib. TurkicWorld-un məlumatına görə, sınaq çərçivəsində MIDLAS-dan HİSAR-RF Hava Hücumundan Müdafiə Raketi atılıb.
Türkiyənin Milli Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, MIDLAS ilk dəfə 2023-cü ildə İSTANBUL freqatına inteqrasiya edilərək ordunun Dəniz Qüvvələri inventarına daxil olacaq.
Türkiyə Hərbi Dəniz Qüvvələrinin BARBAROS və GABYA sinif freqatlarında ABŞ istehsalı olan Mk41 Şaquli Atış Sistemindən (VLS) istifadə edilir. Mk41 VLS sayəsində ESSM kimi hava hücumundan müdafiə raketləri çox sayda daşına bilir və 360 dərəcə nişan almağa imkan verəcək şəkildə atılır. Lakin ABŞ İSTİF sinifli freqatlarda istifadə olunan Mk41 VLS üçün Türkiyəyə embarqo qoyub və satışını qadağan edib.
Bundan sonra Roketsan-a Müdafiə Sənayesi Başçılığı tərəfindən normal olaraq 2027-ci ildə ordunun inventarına təhvil verilməsi planlaşdırılan TF-2000 Hava Hücumundan Müdafiə Məhvedicilərində istifadə ediləcək Milli Şaquli Atış Sistemi (MİLDAS) layihəsini sürətləndirmək vəzifəsi verilib. Bu vəzifəyə uyğun olaraq işlərini davam etdirən Roketsan, 2023-cü ilə qədər sistemdə istifadə edilən həm MIDLAS, həm də RF Rəhbərli Hava Hücumundan Müdafiə Raketini tamamlamağı hədəfləyir.







