ZMA-15 Zirehli Döyüş Maşınları Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib

ZMA-15 Zirehli Döyüş Maşınları Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib

Bakı. TurkicWorld:

Zirehli Döyüş Maşınları (ZMA) Modernizasiya Layihəsi çərçivəsində modernləşdirilən ZMA-15 Zirehli Döyüş Maşınları bu gün təşkil edilən mərasimlə Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.

TurkicWorld-un məlumatına görə, 2019-cu ildə Müdafiə Sənayesi Rəyasət Heyətinin təşəbbüsü ilə həyata keçirilən ZMA Müasirləşdirmə Layihəsi ASELSAN-ın baş podratçılığı altında davam edir. Bu gün Müdafiə Sənayesi Rəyasət Heyətinin sədri İsmayıl Dəmirin də qatıldığı mərasim zamanı ilk 5 avtomobil Quru Qoşunları Komandanlığına təhvil verilib.

“Zirehli döyüş maşınları atəş gücü və manevr qabiliyyətini özündə cəmləşdirən və əlavə olaraq hədəfi zərərsizləşdirmək üçün canlı qüvvənin ötürülməsini təmin edən çoxfunksiyalı maşınlar kimi hazırlanıb.” – deyə Dəmir bildirib.

O, ZMA-nın tədarüklərinin 2024-cü ildə tamamlanmasını hədəflədiklərini bildirib.

Modernləşdirmə çərçivəsində ZMA-lara 25 mm-lik NEFER Silah Sistemi, Lazer Xəbərdarlıq Sistemi, Yaxın Məsafədən Müşahidə Sistemi, Sürücü Görmə Sistemi, İstiqamət Tanınma və Naviqasiya Sistemi, KBRN Sistemi, Komandir, Topçu, Personal və Sürücü Ekran Panelləri inteqrasiya edilib.

Bundan əlavə, FNSS tərəfindən ZMA platformalarında texniki xidmət və təmir işləri aparılıb və platformalara Kondisioner Sistemi, İstilik Sistemi, Yanğınsöndürmə və Partlayış Təhlükəsizliyini təmin etmə Sistemi inteqrasiya edilib.