Türkiyənin Qaziantep şəhərinə 5 roket atılıb

Türkiyənin Qaziantep şəhərinə 5 roket atılıb

Bakı. TurkicWorld:

Türkiyənin cənub-şərqindəki Qaziantep vilayətində, Suriya ilə sərhəddə yerləşən Karkamış şəhərinə raket zərbələri endirilib.

TurkicWorld-un məlumatına görə, bu barədə bu gün Qaziantep valisi Davud Gül deyib.

Qeyd olunub ki, hadisə nəticəsində 2 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.

Məlumata əsasən, Karkamış şəhərinə Suriya ərazisindən 5 raket atılıb.

Xatırladaq ki, Türkiyə ordusu ötən həftə sonu Suriyanın şimalında "Pəncə Qılınc" antiterror əməliyyatına start verib.