Türkiyənin Daxili İşlər Naziri istefa verib

Türkiyənin Daxili İşlər Naziri istefa verib

Bakı. TurkicWorld:

Türkiyənin Daxili İşlər Naziri istefa verib. TurkicWorld-un məlumatına görə, nazir Süleyman Soylu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Nazirlər Kabinetindəki vəzifəsindən azad olunması üçün istefasını tədim edib.

TurkicWorld xəbər verir ki, Ərdoğanın nazirin istefasını qəbul edib, etmədiyi barədə hələ ki heç bir məlumat yoxdur.

Qeyd edək ki, Soylu 5 sentyabr 2012-ci il tarixində Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ədalət və İnkişaf Partiyasına (AKP) rəsmi üzv olub.

Türkiyənin keçmiş Daxili İşlər Naziri Efkan Ala istefa verdikdən sonra 2016-cı ildə o, daxili işlər naziri vəzifəsinə təyin edilib.