Son dəqiqə

Türkiyə ABŞ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Donald Tramp

Trampın Yaxın Şərq turuna Türkiyə də daxil ola bilər

BAKI, TurkicWorld

ABŞ-ın sabiq prezidenti Donald Trampın Yaxın Şərq səfəri çərçivəsində may ayında Türkiyəyə gəlməsi gözlənilir.

TurkicWorldxəbər verir ki, CNN International yaydığı məlumata görə, Tramp Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə planlaşdırdığı səfərlərin ardınca Ankaraya da baş çəkə bilər.

CNN TÜRK-ün Ankara təmsilçisi Dicle Canova məsələ ilə bağlı verdiyi açıqlamada bildirib ki, Tramp və prezident Rəcəb Tayyib Ərdoğan arasında son telefon danışığında qarşılıqlı səfər planları müzakirə olunub. Əvvəlcə Ərdoğanın ABŞ-a, sonra isə Trampın Türkiyəyə səfər etməsi gündəmdədir. Xarici işlər naziri Hakan Fidanın da bu səfərlə bağlı hazırlıqların getdiyini təsdiqlədiyi qeyd olunub.

Əgər planlaşdırılan səfər baş tutarsa, Trampın Türkiyəyə gəlişi may ayında, Ərdoğanın ABŞ səfəri isə iyun ayında baş tuta bilər.

Qeyd edək ki, kritik səfər zamanı əsas müzakirə mövzularından biri ABŞ və Çin arasındakı ticarət mübarizəsinin Türkiyəyə mümkün təsirləri olacaq. İki ölkə arasındakı ticarət dövriyyəsinin 40 milyard dollardan 100 milyard dollara çatdırılması məqsədi də gündəmdədir. ABŞ-ın Türkiyəyə tətbiq etdiyi 10 faizlik gömrük rüsumlarının yeni ticarət siyasəti çərçivəsində necə dəyişəcəyi, Çinlə mübarizədə Türkiyənin strateji üstünlüklərinin necə dəyərləndiriləcəyi əsas müzakirə başlıqları olacaq.

Mövzuya görə xəbərlər