Bakı, TurkicWorld
Qırğızıstanın İssık-Kul vilayətində KTMT-nin "Birgə fəaliyyət-2024" təlimlərinin aktiv mərhələsi başlayıb.
TurkicWorld bu barədə Qırğızıstan KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin "Birgə fəaliyyət-2024" hərbi təlimlərinin aktiv mərhələsi Qırğızıstanın İssık-Kul vilayətində başlayıb.
Təlimdə Qırğızıstanla yanaşı, Rusiya, Belarus, Qazaxıstan və Tacikistandan iştirak edir.
KTMT-nin üzvü olan Ermənistan isə bu təlimlərdə iştirak etməyib.
Qeyd edək ki, ümumilikdə təlimlərdə təxminən 1500 hərbçi və 300-dən çox silah, hərbi və xüsusi texnika, o cümlədən aviasiya, müxtəlif növ pilotsuz uçuş aparatları (PUA), döyüş qayıqları və hava hücumundan müdafiə vasitələri iştirak edir.