Son dəqiqə

Türkiyə Özbəkistan Numan Kurtulmuş Şavkat Mirziyoyev

Türkiyə ilə parlamentlərarası əlaqələr sürətlə inkişaf edir – Şavkat Mirziyoyev

Bakı,TurkicWorld

Türkiyə ilə parlamentlərarası əlaqələr sürətlə inkişaf edir.

TurkicWorld xəbər verir ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mayın 22-də rəsmi səfərə gələn Türkiyə Respublikası Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Özbəkistan-Türkiyə hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin inkişafının aktual məsələləri müzakirə edilib və Parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsində, Özbəkistan-Türkiyə əməkdaşlığının gündəliyinin formalaşdırılmasında və yüksək səviyyəli sazişlərin icrasına nəzarətin təmin edilməsində dostluq qruplarının və müvafiq komitələrin fəal iştirakının vacibliyi vurğulanıb.

Bundan əlavə görüşdə beynəlxalq strukturlar, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində parlamentlərarası əməkdaşlığın perspektivləri müzakirə edilib.

Mövzuya görə xəbərlər