Bakı. TurkicWorld:
İnanıram ki, Türk Dövlətləri Təşkilatında müşahidəçi üzv statusuna malik olan Şimali Kipr tezliklə tamhüquqlu üzv olacaq.
Trend xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Müdafiə komitəsinin sədri Hulusi Akar “X” sosial şəbəkə hesabında qeyd edib.
"Aİ, BMT və digər ölkələr nə deyirlər desin, biz planlaşdırdığımız hədəflərə doğru irəliləməyə davam edəcəyik", - deyə. H.Akar əlavə edib.