Bakı. TurkicWorld:
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Özbəkistana rəsmi səfərə gələn Qazaxıstan Baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtleunu qəbul edib.
TurkicWorld-un məlumatına görə, görüş zamanı çoxşaxəli əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib.
Şavkat Mirziyoyev son illər ikitərəfli əməkdaşlığın yüksək səviyyədə, o cümlədən parlamentlər, hökumətlər, regional administrasiyalar, ictimaiyyət və biznes səviyyəsində əldə olunan səmərəli əlaqələri dərin məmnunluqla qeyd edib.
Görüş zamanı qeyd edilib ki, iki ölkənin aparıcı müəssisələri arasında ticarət dövriyyəsi və əməkdaşlığın miqyası durmadan artır.
Görüşdə siyasi əlaqələrin daha da intensivləşdirilməsinə, iqtisadiyyatın strateji sahələrində layihələrin sürətləndirilməsinə dair tədbirlərin görülməsinə, tərəfdaşlığın möhkəmləndirilməsinə xüsusi diqqət yetirilib.
Hafiz Rufizoğlu







