Son dəqiqə

Azərbaycan Macarıstan Türk dövlətləri

Dünya türkləri Macarıstanda bir araya gəlib

Bakı. TurkicWorld:

Macarıstanda hər il keçirilən ənənəvi Turan qurultayı üçün dünyanın müxtəlif ölkələrindən türklər bir araya gəlib.

TurkicWorld-un məlumatına görə, Macarıstan türkləri arasında türklük şüuru bu il zirvəyə çatıb. Son illərdə müxtəlif sahələrdə Türkiyə-Macarıstan dostluq əməkdaşlığı Macarıstanın Turan konqresinə ev sahibliyi etməsi ilə də türk dünyasında böyük təəssürat yaradıb.

Türk qurum və təşkilatlarının böyük maraq göstərdiyi konqresə Türkiyədən iştirak yüksək olub. İlteriş Vəqfinin təşkilatçılığı ilə qatıldığı konqreslə bağlı fikirlərini bölüşən Jurnalist-Yazar İsmail Türk, 21-ci əsrin türk əsri olacağını bildirərək, artıq arzulananların sürətlə gerçəkləşdiyini qeyd edib.

“Macarıstanda dünyanın müxtəlif ölkələrindən olan soydaşlarımızla, inkişaf etmiş türk şüuruna malik toplumlarımızla, qohumlarımızla, qardaşlarımızla birlikdə əl-ələ verib, gələcək əsrin "Türk əsri" olacağı mesajını veririk. Bizi burada, çox yaxşı qarşıladılar. Qurultaydan sonra Rumıniya-Türkiyə Ticarət və Sənaye Palatasının rəhbəri Tamer Atalay və Rumıniya Respublikasının Buxarest şəhərindəki həmkarları bizi yüksək səviyyədə qəbul etdilər. Qrupumuz bu bölgələrdə Makedoniya və Yunanıstanın tarixi turistik yerlərində oldu. Xoş xatirələrlə ayrıldıq, biz artıq növbəti qurultaya hazırlaşırıq",- deyə İsmail Türk bildirib.

Turan konqresinə Muğladan qatılan fəal Aydın Çələbi, Turan konqresi üçün Macarıstanda olmaq xəyalımın gerçəkləşdiyini, bütün türklərin vahid dövlət olacağı günləri görəcəyini deyib.

Macarıstanın paytaxtı Budapeşt yaxınlığındakı Buqaçda keçirilən Turan Qurultayında türkəsilli macar, azəri, avar, başqırd, bolqar, balkar, buryat, çuvaş, qaqauz, kabardin, qaraçay, qaraqalpaq, qazax, qırğız, qumuq, monqol, noqay Macarıstan, Budapeşt, Oğuz, Özbək, Tatar, Tuva, Türkmən, Uyğur və Yakut tayfaları bir araya gələrək aşağıdakı qərarları alıblar:

1) Türk Dövlətləri Təşkilatının yaradılması müsbət qarşılandı.
2) Adını bütün dünyaya tanıdan Türk Dövlətləri Təşkilatı daha da fəallaşdırılmalıdır.
3) Bu çərçivədə Türk Dövlətləri Təşkilatının ikinci və üçüncü halqaları qurulmalıdır.
4) Təşkilatın ikinci və üçüncü halqalarında“Biz niyə Türk Dövlətləri Təşkilatında deyilik” deyən bir çox dövlətlər kimi Balkanlardan Monqolustana, Uyğuristandan Koreyaya qədər bütün toplumlar yer almalıdır.
5) Hər iki ildən bir Türk dövlətlərindən birində olimpiya oyunları ilə, iqtisadi və mədəni tədbirlərlə, Turan Qurultayı keçirilməlidir.
6)Türk Dünyası Həkimlər Birliyi qurulmalı və mərkəzi Azərbaycan olmalıdır.
7) Türk Dövlətləri Təşkilatı daxilində ortaq ordu, ortaq bazar və ortaq parlament qurulmalı, Macarıstan Parlamentinin gördüyü işlər hər üç ayda bir nəzərdən keçirilməlidir.
8) TDT nəzdində Türk Dünyası Strateji Araşdırmalar Mərkəzi və Türk Dünyası Araşdırmalar İnstitutu, Türk Dünyası Akademiklər Birliyi, Türk Dünyası Kənd Təsərrüfatı Dərnəyi (heyvandarlıq daxil olmaqla), Ümumdünya Səhiyyə Təşkilatı və Türk Dünyası Axtarış və Xilasetmə Qurumu (TÜDAK) yaradılmalıdır.
9) Türk Dünyası İqtisadi Forumu iki ildən bir Türk dünyasının mərkəzi Aşqabadda keçirilsin.
10) Türk Dünyası Elm Olimpiadaları iki ildən bir Özbəkistanda keçirilməlidir.
11) Türk Dünyası Kosmos Araşdırmaları İnstitutu qurulmalı və Qazaxıstanda fəaliyyət göstərməlidir.
12) Türk Technofest Festivalı hər il Türkiyədə keçirilməlidir.
13) Türk Dünyası Ali Təhsil Təşkilatı qurulmalı, Türk Dünyası universitetlərinin bərabərliyi üçün təkmilləşdirmə işləri aparılmalıdır.
14) Türk Dünyası Film Festivalı və Türk Dünyası Erovision Musiqi yarışmaları bir il ara ilə Qırğızıstanda keçirilməli və qaliblərə mükafatlar verilməlidir.
15) Mərkəzi İstanbulda olan Türk Dünyası Bələdiyyələr Birliyi “işbirliyi-güc birliyi” çərçivəsində genişlənərək, ən kiçik bələdiyyələrə qədər bütün Türk Dünyasını əhatə edəcək şəkildə qurulmalıdır.
16) Türk Dünyasının ortaq tarixi “Tarixini bilməyən millətlərin coğrafiyasını başqaları müəyyən edər” devizi ilə yenidən yazılmalıdır. Bu səbəbdən təcili olaraq “Milli Təsdiq Şurası” yaradılmalıdır.
17) Mosul-Kərkük, Kipr, Krım və Qərbi Trakya kimi Türk ərazilərinin, xüsusilə Şərqi Türkistanın statusu beynəlxalq platformalarda davamlı şəkildə ifadə edilməlidir.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər