Azərbaycan ATƏT

ATƏT sədri Azərbaycana səfər edəcək

Bakı. TurkicWorld:

ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borq Azərbaycana səfər edəcək.

TurkicWorld xəbər verir ki, Yan Borq bu barədə İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib.

"Cənubi Qafqaza səfərimə bu gün İrəvanda başladım. Azərbaycanla davam edən siyasi proses, sülhün bərqərar olunmasının perspektivlərinə dair fikir mübadiləsi apardıq. Dayanıqlı və hərtərəfli sülhün əldə olunması ATƏT-in əsas prioriteti olaraq qalmaqdadır", - o deyib.

ATƏT sədri Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası prosesinin başlamasının mühüm addım olduğunu qeyd edib.

"Sabah Bakıda bu məsələləri Azərbaycan tərəfi ilə müzakirə edəcəyəm", - deyə Yan Borq əlavə edib.

Mövzuya görə xəbərlər