Bakı. TurkicWorld:
Zəlzələ zamanı Özbəkistan 700 tona yaxın yardım göndərib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə keçirdiyi mətbuat konfransında deyib.
“Biz Özbəkistanı səmimiyyətlə dəstəklədiyimiz kimi, özbək qardaşlarımız da çətin günlərimizdə yanımızdadırlar. 6 fevral zəlzələsindən sonra ölkəmizlə həmrəyliyi minnətdarlıqla xatırlayırıq. Onlar 700 tona yaxın yardım materialı göndəriblər.” – deyə o bildirib.
Ərdoğan qeyd edib ki, Özbəkistanın Hatayda tikdirdiyi 306 fəlakət iqamətgahı əbədi dostluğun simvoludur.
Hafiz Rufizoğlu