Son dəqiqə

Azərbaycan TÜRKPA Numan Kurtulmuş

Numan Kurtulmuş Azərbaycana gəlib

Bakı,TurkicWorld:

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Türkiyə Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü Baş Assambleyasında iştirak etmək üçün Azərbaycanın paytaxtı Bakıya gəlib.

TurkicWorld xəbər verir ki, TBMM sədri Kurtulmuşu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Milli Məclisi sədrinin müavini Fəzail İbrahimli, Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı və digər rəsmi şəxslər qarşılayıblar.

Kurtulmuş, Azərbaycan Milli Məclisinin ev sahibliyi ilə Bakıda keçiriləcək TÜRKPA-nın 13-cü Baş Assambleyasına “Türk Dünyası üçün Yaşıl Üfüqlər: Yaşıl Gündəmin reallaşdırılmasında parlamentlərin rolu” mövzusu ilə qatılacaq.

Qeyd edək ki, Assambleyanın Şura Toplantısında TBMM sədri Kurtulmuş 28 aprel 2023-cü il tarixindən TBMM sədri tərəfindən icra edilən TÜRKPA Dövr Sədrliyini Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovaya təhvil verəcək.

Mövzuya görə xəbərlər