Son dəqiqə

Azərbaycan İqtisadiyyat Nazirliyi Rusiya COP29

Rusiya-Azərbaycan biznes-dialoqu keçiriləcək

Bakı. TurkicWorld:

İyunun 5-dən 8-dək Sankt-Peterburqda keçiriləcək Peterburq Beynəlxalq İqtisadi Forumu (PBİF) çərçivəsində Rusiya ilə Azərbaycan arasında biznes dialoqu baş tutacaq.

TurkicWorld İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunacaq.

Bildirilib ki, əsas diqqət ticarət və investisiya əlaqələrinin, o cümlədən, kənd təsərrüfatı, əczaçılıq, enerji, logistika və bankçılıq sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsinə yönəldiləcək.

Tədbirdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk, Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Rusiya iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidmətinin rəhbəri Sergey Dankvert, Rusiya Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin və Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovun çıxışları gözlənilir.

Tədbirdə, həmçinin, "Dubay-Bakı: enerjidən maliyyəyə" panel sessiyasının keçirilməsi gözlənilir. Bu sessiya zamanı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 müzakirə olunacaq.

Mövzuya görə xəbərlər