Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Türkmənistan Sərdar Berdiməhəmmədov

Ərdoğanla Berdiməhəmmədov arasında telefon danışığı baş tutub

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov arasında telefon danışığı baş tutub.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.

Görüş zamanı, Türkiyə ilə Türkmənistan arasında dostluq münasibətlərinin daha da dərinləşdirilməsi yolları, regional proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, bugün Türkiyənin ilk yerli istehsalı olan iki ədəd ağ rəngli elektrikli avtomobili TOGG Türkmənistan Respublikasının Prezidenti Serdar Berdiməhəmmədova təqdim edilib.

Mövzuya görə xəbərlər