TÜRKSOY 30-cu ilini qeyd edir

TÜRKSOY 30-cu ilini qeyd edir

Bakı, TurkicWorld:

Türk dünyasının ilk beynəlxalq təşkilatı olan TÜRKSOY-un 30 illik yubileyi təşkilata üzv ölkələrin ev sahibliyi etdiyi müxtəlif tədbirlərlə qeyd olunur.

TurkicWorld xəbər verir ki, 9 iyun tarixində Qazaxıstanın Almatı şəhərində başlayan və 13 iyun tarixində Qırğızıstanın paytaxtı Bişkekdə davam edən bayram tədbirlərinin sonuncusu Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilib.

Məlumata əsasən, Özbəkistan Dövlət Tətbiqi Sənət Muzeyində təşkil edilən sərgidə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, TÜRKSOY-un baş katibi Sultan Raev, Özbəkistanın mədəniyyət və turizm naziri Ozodbek Nazarbekov, Türkiyə Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) baş katibi Mehmet Süreyya Ər iştirak edib.

"Bu uğur Türk dünyasının uğurudur. 30 il müddətində çətin anlarda bir yerdə olduğumuzu bütün dünyaya göstərdik", - deyə tədbirdə çıxış edən S.Raev bildirib.

Ləman Əsədli
Twitter: Lamanasadli01