Türkmənistan prezidenti Ərdoğanı yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib

Türkmənistan prezidenti Ərdoğanı yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib

Bakı, TurkicWorld:

Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib.

TurkicWorld xəbər verir ki, S.Berdiməhəmmədov təbrik məktubunda R.T.Ərdoğana dövlət işlərində uğurlar arzu edib.

Məlumat üçün bildirək ki, Rəcəb Tayyib Ərdoğan 52,16% səslə 28 may tarixində Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda qalib olub.

Ləman Əsədli
Lamanasadli01