AZAL Bakıdan Trabzona reyslər açır

AZAL Bakıdan Trabzona reyslər açır

Bakı. TurkicWorld:

AZAL QSC-nin tərkibinə daxil olan "Buta Airways" aviaşirkəti Bakıdan yeni marşrut açır. Mayın 4-dən etibarən aviaşirkət Bakı-Trabzon-Bakı istiqamətində uçuşlar həyata keçirəcək.

"Buta Airways" aviaşirkətinin mətbuat xidmətindən TurkicWorld-a verilən məlumata görə, uçuşlar həftədə iki dəfə, cümə axşamı və bazar günlərinə planlaşdırılır.

Qara dəniz sahilində yerləşən Trabzon şəhəri zəngin mədəniyyəti və maraqlı tarixi ilə məşhurdur. Trabzonda çimərlik mövsümü maydan oktyabr ayınadək davam edir.

"Buta Airways"in bütün planlaşdırılmış reyslərinə aviabiletləri aviaşirkətin www.butaairways.az rəsmi internet saytından və ya mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.