BAKI, TurkicWorld
Ötən il ərzində ADY-nin rayonlararası qatarları ilə ən çox səyahət edən sərnişin Jalə Ələkbərova olub.
TurkicWorld xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, uşaq musiqi məktəbinin müəlliməsi olan Jalə Ələkbərova 2025-ci ildə 144 dəfə Gəncə-Qovlar istiqamətində və geriyə səfər edib.
"Bu rəqəm sadəcə statistika deyil, həm də işinə məsuliyyətin, ADY-yə etimadın və qatarla səyahətin hekayəsidir",- məlumatda qeyd edilib.






