Türkiyə və İsrail arasında aviasiya əlaqələrinin yaradılmasına dair razılaşma təstiqlənib

Türkiyə və İsrail arasında aviasiya əlaqələrinin yaradılmasına dair razılaşma təstiqlənib

Bakı. TurkicWorld:

Türkiyə və İsrail arasında aviasiya əlaqələrinin yaradılmasına dair razılaşma təstiqlənib. TurkicWorld-un məlumatına görə, bu barədə İsrailin baş naziri Yair Lapid öz twitter hesabında hər iki ölkə arasında əlaqələrin normallaşması ilə bağlı etdiyi paylaşımda bildirib.

Lapid qeyd edib ki, razılaşmaya əsasən İsrail hava yolları artıq İstanbul və Türkiyənin bir çox məntəqələrinə eniş və uçuşlar həyata keçirə bilər.

"Bu saziş həm İsraildən uçan sərnişinlərə və İsrail aviasiyasına fayda verəcək, həm də iki ölkə arasında əlaqələrin inkişafına əhəmiyyətli töhfə verəcək." – deyə o əlavə edib.

Baş nazir həmçinin bildirib ki, hər iki ölkə üçün diplomatik əlaqələrin artırılması baxımından növbəti addım səfirlərin təyin edilməsidir.

Qeyd edək ki, avqustun 17-də Türkiyə və İsrail diplomatik münasibətlərin normallaşdırılması qərarına gəliblər.

Hazırda Türk Hava Yolları və digər türk aviasiya şirkətləri İsrailə uçuşlar təşkil edə bilirlər.