Son dəqiqə

Türkiyə limanları Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi Türkiyə limanlarının yük qəbulu 2025 Türkiyə limanları yükdaşımalar Türkiyə limanlarının statistikası Türkiyə limanlarında yük daşımaları 2025 Türkiyə limanlarına daxil olan yüklər 2024 və 2025 Türkiyə limanları statistikası Türkiyə limanlarının yük qəbul etmə statistikası 2025 Türkiyə limanlarına daxil olan gəmi sayı Türkiyə limanları və beynəlxalq gəmiçilik inşaat

Türkiyə limanları ilə 33 milyon tondan çox inşaat məhsulları daşınıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

Bu ilin yanvar- noyabr ayında Türkiyə limanlarından 33 milyon 109 min 197 ton inşaat məhsulları daşınıb.

Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 1 milyon 822 min 393 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 31 milyon 286 min 804 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.

“Bu ilin yanvar- noyabr ayında Türkiyə limanlarından tranzit olaraq inşaat məhsulları 5 min 816 ton yük daşınıb”- deyə nazirlikdən bildiriblər.

Qeyd edək ki, 2025-ci ilin noyabr ayında Türkiyə limanları 955 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 394 min 625 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 535 milyon 360 min 55 ton olub”, – deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin noyabr ayında Türkiyə limanlarından 6 milyon 231 min 99 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar- noyabr aylarında Türkiyə limanları 376 milyon 925 min 895 ton yük qəbul edib.

"Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 26 milyon 720 min 453 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 350 milyon 205 min 442 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar- noyabr aylarında Türkiyə limanlarından 63 milyon 159 min 139 ton transit yük daşınıb.

Qeyd edək ki, bu ilin noyabr ayında Türkiyə limanları 4 min 813 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı min 634 bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 179 olub.

2025-ci ilin yanvar - noyabr ayında Türkiyə limanları 58 min 24 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 20 min 383, Türkiyə bayrağı altında olan gəmilər isə 37 min 641 olub”, - deyə nazirlikdən bildirilib.

Mövzuya görə xəbərlər