THY ən yüksək səviyyəli beynəlxalq sertifikatla mükafatlandırılıb

THY ən yüksək səviyyəli beynəlxalq sertifikatla mükafatlandırılıb

Bakı. TurkicWorld:

Türk Hava Yolları (THY) Beynəlxalq Hava Nəqliyyatı Assosiyasının (IATA) təşkil etdiyi “Ətraf Mühitin Qiymətləndirilməsi” proqramında “Ən Yüksək Səviyyə” sertifikatının sahibi olub. TurkicWorld-un məlumatına görə, “Ətraf Mühitin Qiymətləndirilməsi” proqramı hava yolları şirkətlərinin fəaliyyətini ekoloji cəhətdən müstəqil şəkildə qiymətləndirmək və təkmilləşdirmək üçün nəzərdə tutulmuş ekoloji idarəetmə və qiymətləndirmə sistemidir.

THY bu sertifikatı birbaşa alan ilk aviaşirkətdir. Qətərin paytaxtı Dohada keçirilən tədbirdə sertifikatı THY İdarə Heyəti və İcraiyyə Komitəsinin sədri Ahmet Bolat alıb.

Qeyd edək ki, “Ətraf Mühitin Qiymətləndirilməsi” proqramı IATA-nın dünya üzrə hava yolları şirkətlərini 8 fərqli başlıq və 92 tələb altında təftiş etdiyi davamlılıq odaklı proqramda şirkətlər liderlik, ətraf mühitin idarə edilməsi planları, sistem və sənədləşdirmə və inkişaf fəaliyyətləri çərçivəsində qiymətləndirilir.