İlk dəfə bir Türk IATA prezidenti seçilib

İlk dəfə bir Türk IATA prezidenti seçilib

Bakı. TurkicWorld:

Ümumi qurultayda tarixdə ilk dəfə bir türk Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) prezidenti seçilib. TurkicWorld-un məlumatına görə, Türkiyə hava yolu şirkəti Pegasusun idarə heyətinin baş icraçı direktoru Mehmet Nane IATA idarə heyətinin prezidenti seçilib.

19-21 iyunda Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) 78-ci Baş Assambleyası keçirilib. Tədbir zamanı THY İdarə Heyəti və İdarə Heyətinin sədri Əhməd Bolat da idarə heyətinin üzvü seçilib.

Qeyd edək ki, Mehmet Nane 2023-cü ilin iyun ayına qədər IATA-nın rəhbəri olacaq.

Məlumat üçün bildirək ki, Mehmet Nanə 2016-cı ilin mart ayından etribarən Türkiyənin Pegasus hava yollarının icraçı direktoru vəzifəsində işləyir.