"Pegasus Airlines" Bakıya reyslərdən birinə bilet satışını dayandırır

"Pegasus Airlines" Bakıya reyslərdən birinə bilet satışını dayandırır

Bakı. TurkicWorld:

Türkiyənin "Pegasus Airlines" aviaşirkəti strateji planlaşdırma ilə əlaqədar Bakı-Alanya-Bakı reysinə bilet satışlarını iyul ayından etibarən dayandırır.

Bunu TurkicWorld-ə şirkətin Azərbaycan nümayəndəliyinin direktoru Rəcəb Kərimov deyib.

Onun sözlərinə görə, iyunun 29-na nəzərdə tutulan reyslər cədvələ uyğun yerinə yetiriləcək.

"Ondan sonrakı tarixlərə alınan biletləri qaytarmaq tövsiyə olunur", - deyə o bildirib.

R.Kərimov xatırladıb ki, bu marşrutla reyslər həftədə üç dəfə, çərşənbə, cümə və bazar günləri həyata keçirilir.

O əlavə edib ki, dəyişikliklər "Pegasus Airlines"ın Bakı-İzmir-Bakı və İstanbul-Gəncə-İstanbul reyslərinə şamil olunmur.