...

Pakistan şirkətləri Azərbaycana avtomobil nəqliyyatı ilə yükdaşımalara başlayıb

Nəqliyyat Digər xəbərlər 24 Sentyabr 2021 21:00
TurkicWorld Aytac Aliyeva
Pakistan şirkətləri Azərbaycana avtomobil nəqliyyatı ilə yükdaşımalara başlayıb

Pakistanın "National Logistics Cell" logistika şirkəti Azərbaycan və Türkiyəyə avtomobil nəqliyyatı ilə yükdaşımalara başlayıb.

TurkicWorld-un məlumatına görə, bunu ölkənin baş nazirinin ticarət və investisiyalar üzrə müşaviri Abdul Razak Davud deyib.

O bildirib ki, daşımalar TIR beynəlxalq buraxılış sistemi vasitəsilə həyata keçirilicək. Onun sözlərinə görə, bu cür buraxılışlar, əsasən özəl şirkətlərə veriləcək.

Müşavirin sözlərinə görə, ilkin mərhələdə yüklər Pakistandan Türkiyə, Azərbaycan və Türkmənistana daşınacaq. Gələcəkdə daşımaların Mərkəzi Asiya ölkələrinədək genişləndirilməsi planlaşdırlır.

Məqalədə:
REKLAM
Xəbərlər

Xəbər lenti