Bakı. TurkicWorld
1492 Kristof Kolumb Kubanı kəşf etdi və İspaniya adına ilhaq etdi.
1806 Napoleon Bonapartın komandanlığındakı Fransız ordusu Berlini işğal etdi.
1810 ABŞ, İspaniyanın sabiq koloniyası olan Qərbi Floridanı ilhaq etdi.
1904 Nyu-York metrosu açıldı.
1913 Mustafa Kamal, Sofiya Hərbi Ataşeliği vəzifəsinə təyin edildi.
1922 İttifaq Dövlətləri TBMM hökumətini və İstanbul hökumətini təmsil edənləri 13 noyabr 1922-ci ildə Lozannada keçiriləcək sülh konfransına dəvət etdilər.
1922 İtaliyada Benito Mussolininin liderliyindəki Milli Faşist Partiyasının üzvləri və tərəfdarları Roma üzərinə yürüşə başladılar.
1924 Sovet İttifaqında Özbəkistan quruldu.
1953 İngiltərə, Cənubi Avstraliyada “Totem 2” adını verdiyi nüvə sınağı keçirdi.
1954 ABŞ Hərbi Hava Qüvvələrinə təyin edilən ilk afroamerikalı general Benjamin O. Davis Jr. oldu.
1957 Ümumi seçkilər: Demokrat Partiyası, səsləri azalsa da, 610 deputat yerindən 424-nü qazanaraq iqtidarda qaldı. CHP isə 178 millət vəkili çıxardı.
1958 Pakistanın ilk prezidenti İskəndər Mirza, General Eyüb Xan tərəfindən qan tökülmədən keçirilən çevrilişlə vəzifəsindən uzaqlaşdırıldı. Eyüb Xan, 20 gün öncə şəxsən Mirza tərəfindən fövqəladə vəziyyətin rəhbərliyinə təyin edilmişdi.
1960 Milli Birlik Komitəsi 147 professor, dosent və assistenti işdən çıxardı. Səbəb “tənbəl”, “bacarıqsız”, “islahat əleyhdarı” olmaları idi. Universitetdəki təmizləmə müzakirələrə və etirazlara səbəb oldu. Müəllimlər 1962-ci ilin martında vəzifələrinə geri döndülər.
1971 Konqo Respublikasının adı Zair olaraq dəyişdirildi.
1975 Paris səfiri İsmayıl Erez və sürücüsü erməni militantları tərəfindən öldürüldü.
1978 Nobel Sülh Mükafatını Misir dövlət başçısı Ənvər Sədat və İsrail baş naziri Menahem Begin paylaşdılar.
1982 Çin əhalisinin 1 milyardı keçdiyini açıqladı.
1991 Türkmənistan Sovet İttifaqından müstəqilliyini qazandı.
1992 Türk Silahlı Qüvvələrinin PKK-ya qarşı Hantur Dağında başladığı əməliyyatda 100 PKK-çı öldürüldü.
1995 Litva Avropa İttifaqına üzvlük üçün müraciət etdi.
1996 Yeni Yol Hərəkəti Qanunu qüvvəyə mindi.
1998 Gerhard Şröder Almaniya kansleri seçildi.
1999 Parlament iclası zamanı avtomatik silahlı şəxslərin hücumu nəticəsində Ermənistan baş naziri Vazgen Sarkisyan və 8 yüksək səviyyəli vəzifəli şəxs öldürüldü.
2005 Parisdə iki müsəlman uşağın ölümü ilə güclü etiraz hərəkatları başladı.
2008 Türksat 3A Peyki istifadəyə verildi və peyk tezlikləri dəyişdi.
2020 Bərdə şəhəri Ermənistan ordusu tərəfindən raketlərlərlə atəşə tutuldu.Bu xain hücum nəticəsində 21 nəfər şəhid oldu, 70-dən çox insan müxtəlif dərəcəli xəsarətlər aldı.