Bakı, TurkicWorld
1840 Poçt və Teleqraf Təşkilatı (PTT) Baş Müdirliyi quruldu.
1853 Krım müharibəsi başladı.
1911 Trablusgarp müharibəsində İtalyan kapitan Carlo Piazza Bingazidə Osmanlı səngərləri üzərində tarixin ilk hərbi kəşf uçuşunu həyata keçirdi. Piazza daha sonra ilk hərbi məqsədli hava fotosunu da çəkdi.
1912 Birinci Balkan müharibəsində Osmanlı və Serb orduları arasında Kumanova döyüşü başladı.
1915 Nyu-Yorkda 25-30.000 qadın seçki hüquqları üçün 5-ci küçədə yürüş etdi.
1926 Sovet İttifaqında Leon Trotski və Qriqoriy Zinovyev Kommunist Partiyasının Mərkəzi Komitə üzvlüyündən çıxarıldı.
1929 Nyu-York birjasında səhmlərin dəyərinin davamlı düşüşü tədricən panikaya səbəb olmağa başladı (1929-cu il Dünya İqtisadi Böhranının ilk işarələri).
1940 Əfsanəvi futbolçu Pele Braziliyada dünyaya gəldi.
1946 Birləşmiş Millətlər Təşkilatı ilk ümumi toplantısını Nyu-Yorkda keçirdi.
1954 Almaniyanın NATO-ya daxil olması ilə bağlı Paris müqaviləsi imzalandı.
1956 Macarıstanda Sovet hakimiyyətinə qarşı üsyan başladı. Bütün ölkəyə yayılan etirazlarda üsyançılar Sovet qüvvələrinin çıxmasını tələb etdi.
1960 Ümumi əhali siyahıyaalması: Türkiyənin əhalisi 27.754.820 nəfər olaraq təyin edildi.
1965 Tqürkiyədə Prezident Cəməl Gürsel hökuməti qurma vəzifəsini Ədalət Partiyasının Başçısı Süleyman Dəmirələ verdi.
1972 Zonguldaqda iki ayrı kömür mədənində qaz partlayışında 20 işçi həlak oldu, 76 işçi yaralandı.
1973 ABŞ prezidenti Richard M. Nixon Watergate skandalı ilə bağlı Oval Ofis səsyazmalarını məhkəməyə təqdim etməyə razı oldu.
1983 Beyrutda Amerika və Fransız sülh qüvvələrinin qərargahlarına partlayıcı yüklü yük maşınları ilə intihar hücumu edildi. 241 Amerika dəniz piyadası və 58 Fransız paraşütçüsü öldü.
1993 Karun Xəzinəsi 28 ildən sonra Türkiyəyə gətirildi.
2011 Vanda 7.2 bal gücündə zəlzələ baş verdi.
2020 Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etməsi ilə bağlı paylaşım etdi.
Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Xocavənd rayonunun Dolanar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etməsi ilə bağlı paylaşım etdi.
Prezident İlham Əliyev şəhid olmuş Milli Qəhrəman Şükür Həmidovun atası ilə telefonla danışdı.Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat verdi. Vacib ərazi və yüksəkliklər azad edildiyi bildirildi.
Düşmən fərarilik edərək mövqeləri tərk etdi.Tərtər, Ağdam və Ağcabədi ərazisi intensiv atəşə tutuldu. Düşmənin 4 PUA-sı zərərsizləşdirildi.
Düşmənin qüvvə və vasitələri darmadağın edildi, mövqelərinə zərbələr endirildi. Düşmənin canlı qüvvəsi və zirehli texnikası məhv edildi.
Cəbrayıl rayonunun işğaldan azad edilən Minbaşılı kəndinin videogörüntüləri yayımlandıAviasiya zərbələri nəticəsində düşmənin artilleriya bölmələri və komanda məntəqəsi məhv edildi.