725 il əvvəl, tarixdə bu gün Osmanlı dövləti qurulub

725 il əvvəl, tarixdə bu gün Osmanlı dövləti qurulub

Bakı. TurkicWorld:

725 il əvvəl, tarixdə bu gün Osmanlı dövləti qurulub.

TurkicWorldxəbər verir ki, Osmanlı dövlətinin təməli 1299-cu ildə müasir Türkiyənin Biləcik vilayətinin Söğütlü şəhərində Osman bəy tərəfindən qoyulmuşdur.

Osmanlı türk imperiyası türklərin tarixi nüfuz dairəsi baxımından ən böyük nailiyyəti olub, ən geniş ərazini əhatə edib.

623 il davam edən bu böyük imperiya Aralıq dənizi və Qara dənizi əhatə edən Asiya, Avropa və Afrika qitələrində yüz illər boyu hökm sürüb. Müxtəlif irq və dinlərdən olan bir çox xalqı torpaqları ilə birlikdə bir dövlətdə birləşdirib.

Tarixdə belə geniş torpaqlara bu qədər uzun hökmranlıq edən digər quruluş Roma imperiyası və Britaniya imperiyası olmuşdur.

Osmanlı türk imperiyasında 36 sultan hökmranlıq etmiş və 1517-ci ildən etibarən xəlifəlik adı ilə də İslam dünyasının dini hökmranlığını öz üzərinə götürmüşdür.

Onu da qeyd etmək lazımdır ki, dövlət Afrikada 395 il (1517–1912), Avropada 561 il (1363–1912;1913–1922), Asiyada bütün hakimiyyəti boyu (623 il) qalmışdır.

Hafiz Rufizoğlu