Osmanlı dövləti tarixi

Osmanlı sultanı II Mehmed taxtdan necə endirildi?

Bakı,TurkicWorld

Osmanlı hökmdarı II Murad, Varna döyüşünü qazandıqdan sonra Manisaya çəkilmişdi. Lakin vəzirəzəm Çandarlı Xəlil Paşa, II Muradın yenidən taxta çıxmasını arzulayırdı.

Çandarlı II Mehmedi dəstəkləyən Şəhabəddin, Saruca və Zağanos paşalarla anlaşa bilmirdi. Çandarlının sülhpərvər siyasətinə qarşı, digər vəzirlər II. Mehmedi fəthlərə, xüsusilə də İstanbulun fəthinə təşviq edirdilər.

1446-cı ildə Ədirnədə Osmanlı tarixinin ilk yeniçəri üsyanı baş verdi. Üsyanın səbəbi pulun dəyərinin düşməsi idi. Bu vəziyyətdən narazı olan əsgərlər üsyan edərək Rumeli bəylərbəyi Şəhabəddin Paşanın evinə hücum etdilər, ardınca isə şəhərin şərqindəki bir təpəyə çəkildilər.

Üsyan yeniçərilərin maaşlarına yarım axça artım edilməklə yatırıldı. Lakin əsgərlər taxtda II. Muradı görmək istəyirdilər.

Əslində bu üsyan Çandarlı Xəlil Paşanın gənc padşahı taxtdan uzaqlaşdırmaq üçün təşkil etdiyi bir plan idi. Padşahın yaxınlarından olan Şəhabəddin Paşanın evi hədəf alınmış və II Mehmedin hakimiyyəti təhlükəyə düşmüşdü.

İqtidar boşluğu yarandığı üçün Çandarlının gizlicə xəbər göndərdiyi II Murad, Ədirnəyə gələrək yenidən taxta çıxdı. II Murad taxta çıxdıqdan sonra 6 il davam edən bu yeni hakimiyyət dövründə, II Kosovo döyüşündə (1448) xaçlıları bir daha məğlub edilərək Balkanlardan gələ biləcək təhlükənin qarşısı tamamilə alındı.

Lalaları ilə birlikdə Manisaya göndərilən II Mehmed bu vəziyyəti qəbul edə bilmədi və padşah kimi davranmağa davam etdi. Həmçinin onun taxtdan enməsinə səbəb olan Çandarlı Xəlil Paşanın bu hərəkətini unutmadı. İstanbulun fəthindən dərhal sonra onu öldürtdürərək intiqamını aldı.

Mövzuya görə xəbərlər