Son dəqiqə

Azərbaycan Dövlət Turizm Agentliyi YUNESKO

“Xınalıq və Köç yolu” UNESCO-nun Ümumdünya İrs siyahısına salına bilər

Bakı. TurkicWorld:

Bu ilin sentyabr ayında "Xınalıq və Köç yolu" adlı nominasiya sənədinin UNESCO-nun Ümumdünya İrs siyahısına salınması məsələsinə baxılacaq.

Bu barədə TurkicWorld-a açıqlamasında Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova deyib.

"Xınalıq mədəni landşaftı və Köç yolu" adlı nominasiya sənədi ilə bağlı xeyli iş görülüb. Artıq YUNESKO-nun Ümumdünya İrs Siyahına daxil edilməsi üçün UNESCO-nun Dünya İrs Komitəsinə təqdim edilib və qiymətləndirmə ərəfəsindədir. Verilən qərara uyğun olaraq bu ilin sentyabr ayında Komitənin iclasında müzakirəyə çıxarılacaq",- deyə o bildirib.

A.Hüseynova həmçinin əlavə edib ki, nominasiya sənədinin özəlliyi bundan ibarətdir ki, bu, ilk dəfə yerli mütəxəssislər tərəfindən hazırlanıb.

Mövzuya görə xəbərlər