Son dəqiqə

Zabit Səmədov New generation fighters

"New generation fighters" tərəfindən mayın 14-də döyüş baş tutacaq

Bakı. TurkicWorld:

"Zabit Səmədov” idman klubunun tərkibində fəalliyyət göstərən "New generation fighters" ("Yeni nəsil döyüşçü") tərəfindən Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş döyüş, mayın 14-də baş tutacaq.

TurkicWorld-un məlumatına görə bu barədə "Zabit Səmədov” idman klubundan bildirilib.

"May ayının 14-də Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ikinci döyüşümüz baş tutacaq", - deyə klubdan verilən məlumatda qeyd olunub.

Məlumat üçün bildirək ki, "New generation fighters" ("Yeni nəsil döyüşçü"), "Zabit Səmədov” idman klubunun tərkibində fəalliyyət göstərən beynəlxalq təşkilatdır. Bu təşkilat Azərbaycan yeniyetmələrini dünyada tanıtmaq, onları beynəlxalq arenalara çıxartmaq üçün nəzərdə tutulub.

Qeyd edək ki, "New generation fighters" təşkilatı tərəfindən 24 Dekabrda Cənab Prezidentimiz İlham Əliyevin doğum gününə həsr edilən birinci döyüş baş tutub.

Mövzuya görə xəbərlər