Son dəqiqə

Azərbaycan Güləş Federasiyası güləş

Azərbaycan güləşçiləri “Çempionlar” turnirini 10 medalla başa vurublar

Bakı. TurkicWorld:

Türkiyənin Antalya şəhərində gənclər (U20) arasında güləş üzrə "Çempionlar" turniri başa çatıb.

TurkicWorld xəbər verir ki, Azərbaycanı ənənəvi yarışda sərbəst və qadın güləşçilər təmsil ediblər.

Sərbəst güləşdə Ceyhun Allahverdiyev (61 kq) və Ramik Heybətov (65 kq) qızıl, Ruslan Abdullayev (57 kq) gümüş, Cavidan Əhmədov (70 kq), Əkbər Vəliyev (74 kq), Təbriz Bayramov (86 kq) və Zəfər Əliyev (97 kq) bürünc medal qazanıb. 2 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edən yığma 140 toplayaraq komanda hesabında 3-cü yeri tutub.

Qadın güləşçilər isə 1 dəst medala sahib çıxıblar. Gültəkin Şirinova (53 kq) çempion olub. Ruzanna Məmmədova (55 kq) ikinci, Əsmər Cankurtaran (53 kq) isə üçüncü yeri tutub.

Beləliklə, 2 növün cəmində ümumilikdə 10 (3 qızıl, 2 gümüş, 5 bürünc) medal qazanılıb.

Mövzuya görə xəbərlər