ANAMA sədri mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edib

ANAMA sədri mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edib

Bakı. TurkicWorld:

Təəssüflər olsun ki, işğaldan azad edilən ərazilərdə mina partlayışları baş verir.

TurkicWorld xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

Onun sözlərinə görə, son bir həftə ərzində ard-arda bir neçə mina hadisəsi baş verib.

"Bizim keçirdiyimiz maarifləndirmə tədbirlərinə, xəbərdarlıqlara, ərazilərdə yerləşdirilmiş təhlükə nişanlarına baxmayaraq, vətəndaşlar həmin ərazilərə daxil olurlar. Bir daha vətəndaşlarımıza diqqətli olmaları ilə əlaqədar çağırış edirəm. Xahiş edirəm ki, qoyulan qaydalara riayət etsinlər, işğaldan azad edilmiş ərazilərə qanunsuz səfərlərdən çəkinsinlər".

Agentlik sədri bildirib ki, son bir neçə gündə mina axtarışlarına dəstək verilməsi üçün daha 5 təlim keçmiş it ölkəyə gətirilib.

"2021-ci idə ABŞ-ın bir institutu ilə razılaşma imzalanıb və həmin razılaşmada nəzərdə tutulan son 5 it artıq Azərbaycandadır. Bundan əlavə yenidən ölkəyə təlim keçmiş itlərin gətirilməsi nəzərdə tutulur",- deyə o qeyd edib.