Son dəqiqə

Azərbaycan Gimnastika federasiyası gimnastika

Gimnastımız idman gimnastikası üzrə Avropa çempionatında finala yüksəlib

Bakı. TurkicWorld:

Azərbaycan gimnastı Nikita Simonov Antalyada (Türkiyə) keçirilən idman gimnastikası üzrə Avropa çempionatında finala yüksəlib.

TurkicWorld xəbər verir ki, Nikita Simonov halqalarda hərəkətlər üzrə təsnifatda 14,666 xal toplayaraq 6-cı yeri tutub və finala yüksəlib.

Qeyd edək ki, 11-16 aprel tarixlərində Antalyada idman gimnastikası üzrə Avropa çempionatı keçiriləcir. Yarışlarda Azərbaycanı Nikita Simonov və İvan Tixonov (kişi idman gimnastikası), Samirə Qəhrəmanova və Nazənin Teymurova (qadın idman gimnastikası) təmsil edirlər.

Mövzuya görə xəbərlər