Son dəqiqə

Azərbaycan MÜSİAD Rəşad Cabirli Xınalıqlı İbrahim Vahid Əhmədov

Millət vəkili Vahid Əhmədov xınalıqlı İbrahim və atası ilə görüşüb

Bakı, TurkicWorld

Millət Vəkili Vahid Əhmədov sosial şəbəkələrdə polşalı turistlə ingilis dilində sərbəst danışığı ilə gündəmdə olan Xınalıq məktəblisi İbrahim Zeynalov və atası Bəhmən Zeynalova görüşüb.

TurkicWorld-un məlumatına görə, bu barədə AzerPress-ə məktəblinin atası Bəhmən Zeynalov məlumat verib.

O qeyd edib ki , görüşdə Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinə (MÜSİAD) Azərbaycanın idarə heyətinin sədri Rəşad Cabirli də iştirak edib.

Qeyd olunub ki , görüş zamanı millət vəkili İbrahimə gələcək təhsilində uğurlar arzulayıb.

Məlumat üçün bildirək ki , dünən İbrahim Zeynallı (MÜSİAD) Azərbaycan ofisinə gələrək qurumun idarə heyəti ilə görüşüb.

Qeyd edək ki ,MÜSİAD Azərbaycan və MÜSİAD İngiltərə ingiliscə danışaraq məşhurlaşan Xınalıq kənd sakini 13 yaşlı İbrahim Zeynalovu İngiltərəyə oxumağa göndərəcək.

Zeynalovun sosial şəbəkələrdə Qubanın Xınalıq kəndində polşalı turistlə kənd haqqında maraqlı söhbəti yayılıb.
13 yaşlı İbrahim sinifdə "ingilis dili çempionu" olduğunu bildirib. O, Türkiyədə oxumaq istədiyini, orada dostunun yaşadığını da bildirib.

Bununla yanaşı, daha bir balaca həmyerlimiz Bayramov Tofiq Hacıbaba oğlu MÜSİAD Azərbaycan tərəfindən İngiltərəyə oxumağa göndəriləcək.

Qeyd edək ki, Bayramov Tofiq 2008-ci ildə Quba şəhərində doğulub və hal hazırda orada yaşayır. Quba Fizika İnformatika Təmayüllü liseyi şagirdi olan Tofiq, bir sıra beynəlxalq və Respublika səviyyəli yarışların iştirakçısı və qalibdir. O əsasən müxtəlif robotların hazırlanması,oyuncaq avtomobillərin modifikasiya ilə məşğuldur.

2022-ci ildə Bakıda keçirəln beynəlxalq STEM yarışmasında "SURVİVOR" axtarış və xilasetmə robotunun hazırlanması layihəsi uzrə qızıl medalla təltif edilib və "Yaxşıların Yaxşısı" seçilib.

Mövzuya görə xəbərlər