Bu gün 62 avtomobil Laçın yolundan keçib

Bu gün 62 avtomobil Laçın yolundan keçib

Şuşa. TurkicWorld:

Rusiya sülhməramlı kontingentinə məxsus daha 3 avtomobil Laçın yolundan maneəsiz keçid edib.

TurkicWorld-un aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, avtomobillərin aksiya keçirilən ərazidən maneəsiz hərəkət etməsi üçün şərait yaradılıb.

Səhər saatlarından indiyədək aksiya ərazisindən ümumilikdə 62 maşın maneəsiz keçid edib.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 79 gündür davam edir.