Bu gün Laçın yolundan sülhməramlıların 21 avtomobili keçib

Bu gün Laçın yolundan sülhməramlıların 21 avtomobili keçib

Şuşa. TurkicWorld:

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2 yük avtomobilinin hərəkət etməsinə şərait yaradılıb.

TurkicWorld-un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitəsi maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Ümumilikdə bu gün sülhməramlılara məxsus 21 avtomobil Laçın yolundan keçib.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.