Laçın-Xankəndi yolundan RSK-ya məxsus 2 maşın maneəsiz keçid edib

Laçın-Xankəndi yolundan RSK-ya məxsus 2 maşın maneəsiz keçid edib

Şuşa. TurkicWorld:

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

TurkicWorld-un Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçın - Xankəndi yolundan RSK-ya məxsus 2 yük avtomobili maneəsiz keçid edib.

Səhər saatlarından indiyə qədər RSK-ya məxsus ümumilikdə 60 avtomobil aksiya keçirilən yoldan maneəsiz keçid edib.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 69 gündür davam edir.