Laçın-Xankəndi yolundan RSK-ya məxsus 10 maşın maneəsiz keçid edib

Laçın-Xankəndi yolundan RSK-ya məxsus 10 maşın maneəsiz keçid edib

Şuşa. TurkicWorld:

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

TurkicWorld-un Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçın - Xankəndi yolundan RSK-ya məxsus nəqliyyat vasitələrinin maneəsiz keçidi davam edir.

Laçından gələn RSK-ya məxsus 1 minik, 9 yük avtomobili Xankəndi istiqamətinə maneəsiz keçid edib.

Səhər saatlarından indiyə qədər RSK-ya məxsus ümumilikdə 58 avtomobil aksiya keçirilən yoldan maneəsiz keçid edib.