BAKI,TurkicWorld
Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.
Ukrayna tərəfinin müraciəti əsasında təşkil edilrən humanitar yükün tərkibinə ümumi dəyəri 2,5 milyon Azərbaycan manatı olan kabel, naqil, transformator və digər elektrik avadanlıqları daxildir.
Qeyd edək ki, yardımın göndərilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il 21 sentyabr tarixli Sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilib. Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib.







