Son dəqiqə

Bakı Anım günü

27 Sentyabr – Anım Günündə 1 dəqiqəlik sükut elan olunub

BAKI,TurkicWorld

27 Sentyabr – Anım Günü münasibətilə Bakıda şəhidlərin xatirəsi ehtiramla yad olunub.

Məlumata görə, saat 12:00-da ölkənin bütün bölgələrində olduğu kimi Bakı şəhərində də bir dəqiqəlik sükut elan edilib.

Anım dəqiqəsi zamanı şəhər və rayonların mərkəzi küçələrində avtomobillərin və piyadaların hərəkəti dayandırılıb, nəqliyyat vasitələri siqnallar verib.

Qeyd edək ki, bu ənənə şəhidlərimizin əziz xatirəsinə ehtiramın və xalqımızın birliyinin rəmzi kimi qeyd olunur.

Mövzuya görə xəbərlər