Son dəqiqə

Azərbaycan Bakı Azərbaycan Dəmir Yolları QSC Xırdalan

Xırdalan–Bakı qatarının qrafiki dəyişdirilib - Təmir işləri aparılır

BAKI,TurkicWorld

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Xırdalan–Biləcəri sahəsində infrastrukturun yenilənməsi çərçivəsində dəmiryol körpüsünün bərpasına başlayıb.

QSC-dən verilən məlumata görə, körpüdə bərpa işlərinin başlaması ilə şəhərətrafı qatarların hərəkət qrafikində müvəqqəti dəyişikliklər edilib.

Belə ki, Xırdalan–Bakı istiqamətində hərəkət sürəti və istiqamətinin dəyişməsi ilə əlaqədar dəyişikliklər səbəbindən qatarların çatma müddəti müvəqqəti olaraq artıb.

Bununla yanaşı, şəhərətrafı qatarların gündəlik reys sayı artırılaraq 84-dən 90-a çatdırılıb.

Bildirilib ki, körpünün bərpası başa çatdıqdan sonra sözügedən istiqamət üzrə sürət həddi artırılacaq və qatarların hərəkət qrafiki müvafiq qaydada tənzimlənəcək. Eyni zamanda, Xırdalan–Sumqayıt xətti üzrə sərnişindaşıma bərpa ediləcək.

Hərəkətin tədris ili başladıqdan qısa müddət sonra tam bərpası nəzərdə tutulur.

Mövzuya görə xəbərlər