Son dəqiqə

Azərbaycan Bakı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)

Bakıda 6 yeni ekspres avtobus xətti yaradılır

BAKI,TurkicWorld

"Bakı Metropoliteni" QSC tərəfindən həyata keçirilən xətlərin ayrılması layihəsi çərçivəsində "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti tikinti işləri başa çatanadək dayandırılacaq.

Bu səbəbdən sərnişinlərin rahat gediş-gəlişinin təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən əlavə dəstəkləyici tədbirlər görüləcək.

Məlumata görə, layihənin icrasına başlanıldığı tarixdən etibarən müxtəlif istiqamətlər üzrə 6 yeni ekspres avtobus marşrutu istifadəyə veriləcək, həmçinin bir sıra mövcud marşrutlarda avtobusların sayı artırılacaq və hərəkət intervalları azaldılacaq.

Ekspres avtobuslar metronun iş qrafikinə uyğun olaraq hər gün saat 06:00-dan 00:00-dək fəaliyyət göstərəcək.

Yeni ekspres marşrutlar aşağıdakılardır:

  • M1 – "Elmlər Akademiyası" – "28 May"
  • M2 – "İnşaatçılar" – "Nizami" – "28 May"
  • M3 – "20 Yanvar" – "Nizami" – "28 May"
  • M4 – "20 Yanvar" – "Koroğlu"
  • M5 – "20 Yanvar" – "Gənclik"
  • M6 – "Elmlər Akademiyası" – "Gənclik"

Bununla yanaşı, 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199 və 202 nömrəli avtobus marşrutlarında nəqliyyat vasitələrinin sayı artırılacaq və hərəkət intervalları azaldılacaq.

AYNA bildirib ki, metroda məhdudiyyət qüvvədə olduğu müddətdə əlavə sərnişin tələbatı yaranan marşrutlara da əlavə avtobuslar cəlb ediləcək.

Sərnişinlər alternativ marşrutlar barədə məlumatı "AYNA MaaS" mobil tətbiqi vasitəsilə əldə edə biləcəklər.

Layihənin icrası müddətində "28 May", "20 Yanvar", "İnşaatçılar""Elmlər Akademiyası" metro stansiyalarının qarşısında könüllülər sərnişinlərə məlumat və istiqamətləndirmə dəstəyi göstərəcəklər.

Mövzuya görə xəbərlər